Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 17:39
Bakı. Samir Əli - Trend:
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Mingəçevir şəhərində vətəndaşa məxsus 50-CF-974 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.
AQTA-dan Trend-də verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerindəki soyuducu kamerada baytarlıq ekspertizasından keçmiş iribuynuzlu heyvan cəmdəyindən əlavə 400 kq müayinədən keçməmiş istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub.
Aşkarlanmış heyvan cəmdəyinin orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən olunub. Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa çağırır. Vətəndaşlardan istifadəsi şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin