Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Mask “Twitter”in əşyalarını hərraca çıxarır - FOTO

İlon Mask “Twitter”in əşyalarını hərraca çıxarır - FOTO

Tarix: 11 Avqust 2023 20:00

Multimilyarder İlon Mask "Twitter"ə məxsus əşyaları hərraca çıxarıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ümumilikdə, satışa 584 lot təqdim olunub. Buraya qəhvə masaları, quş qəfəsləri, onlarla oturacaq, DJ konsolu, musiqi alətləri və s. daxildir.

Hərraca çıxarılan "Twitter" nişanlarından biri hələ də şirkətin San-Fransiskodakı baş ofisinə yapışdırılıb.

Hərraca həmçinin iki yağlı boya tablosu da çıxarılıb. Onlardan birincisi Ellen DeCeneresin 2014-cü il Oskar mərasimində çəkdiyi selfidir. Digəri isə ABŞ prezidenti Barak Obamanın 2012-ci ilin noyabrında yenidən seçildikdən sonra "Twitter"də paylaşdığı fotonun təsviridir.

Əşyaların satışı ilə məşğul olan "Heritage Global Partners" auksion evi lotların minimum qiymətinin 25 dollar olduğunu bildirib.

Hərrac sentyabrın 12-də başlayacaq və iki gün davam edəcək.

Milli.Az


Etiketlər:  İlon Mask Twitterin əşyalarını hərraca çıxarır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ