Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

7 illik məhkəmə - Bred Pitt və Ancelina Coli rəsmən boşandılar - FOTO

7 illik məhkəmə - Bred Pitt və Ancelina Coli rəsmən boşandılar - FOTO

Tarix: 11 Avqust 2023 21:15

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə prosesindən sonra boşanmalarını yekunlaşdırıblar. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük arasında ən son fikir ayrılığı evli olarkən əldə etdikləri fransız şərab zavodu "Chateau Miraval"la bağlı olub.

Pitt şərab zavoduna tam nəzarət etmək üçün 250 milyon dollar ödəyəcək.

Qeyd edək ki, 2014-cü ildən evli olan 59 yaşlı Bred Pitt və 48 yaşlı Ancelina Coli 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar.

Cütlüyün 21 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.

Milli.Az


Etiketlər:  7 illik məhkəmə Bred Pitt Ancelina Coli rəsmən boşandılar FOTO


RƏYLƏR