Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu, Kiyev üçün ən dəhşətli ssenari olacaq”

“Bu, Kiyev üçün ən dəhşətli ssenari olacaq”

Tarix: 12 Avqust 2023 08:08

"Ukrayna silahlar almağa davam edərsə, hücumlar və hərbi əməliyyatlar dayanmazsa, bu, Ukraynanın uğursuz dövlətə çevrilməsi ilə nəticələnəcək".

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.

Kelinin fikrincə, bu, Kiyev üçün ən dəhşətli ssenari olacaq, çünki Ukraynanı bərpa edəcək heç kim olmayacaq.

Səfir həmçinin qeyd edib ki, Moskva Ukrayna münaqişəsinin həlli istiqamətində bütün ölkələrin, o cümlədən Afrika ölkələrinin səylərini yüksək qiymətləndirir. Bununla belə, Kelinin sözlərinə görə, hələlik böhran vəziyyətinin həllinə kömək edəcək real təşəbbüs yoxdur.


Etiketlər:  Kiyev üçün dəhşətli ssenari olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ