Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ata sözünə baxmayan qızını öldürüb, meyitini kənddə sürüdü

Ata sözünə baxmayan qızını öldürüb, meyitini kənddə sürüdü

Tarix: 13 Avqust 2023 19:34

Hindistanda ata öz qızı ilə vəhşicəsinə rəftar edib, sonra isə digər qızlara xəbərdarlıq olaraq onun cəsədini motosikletin arxasına bağlayaraq bütün kəndi gəzdirib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Hindistanın Pəncab ştatının Muçhal kəndində baş verib.

Evdən çıxaraq səhəri gün qayıdan 16 yaşlı qızının bu hərəkəti atanı qəzəbləndirib. Nəticədə kişi sözünə baxmayan qızını döyüb, daha sonra isə bıçaqla onu kəsib.

Bundan sonra ata qızının meyitini motosikletə bağlayıb, onu kənddə sürüyüb, sonra isə meyiti dəmiryol relslərinə atıb.

Qeyd olunur ki, dəhşətli qətldən sonra həmin şəxs özünü "ləyaqət sahibi" adlandıraraq əməlindən peşman olmayıb. O, həbs olunub.

Milli.Az


Etiketlər:  Ata sözünə baxmayan qızını öldürüb meyitini kənddə sürüdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ