Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobildə sıxılıb qalan sürücü xilas edilib

Avtomobildə sıxılıb qalan sürücü xilas edilib

Tarix: 14 Avqust 2023 09:18

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1983-cü il təvəllüdlü Talıbov Eynulla Nəsrulla oğlunun idarə etdiyi "Azsamand" markalı minik avtomobili ilə "İveco" markalı məişət tullantıları daşıyan yük avtomobilinin toqquşması nəticəsində sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü E.Talıbovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az


Etiketlər:  Avtomobildə sıxılıb qalan sürücü xilas edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ