Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanın xarici işlər naziri Qarabağla bağlı bəyanat verdi

Bolqarıstanın xarici işlər naziri Qarabağla bağlı bəyanat verdi

Tarix: 28 Oktyabr 2019 15:42

Bakı. Trend:

Qarabağ münaqişəsi ATƏT Minsk qrupunun himayəsi altında həll olunmalıdır.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva deyib.

Bolqarıstanın Azərbaycan qazını satın alması və Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə sualı cavablandıran nazir bildirib ki, bu, vacib proqramdır:

“Regionda sabitlik, rifah və dondurulmuş münaqişələrin nizamlanması Aİ üçün prioritetdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu ATƏT Minsk qrupunun himayəsi altında dinc dialoqdur. Regionda dondurulmuş münaqişələr çoxdur. Onları danışıqlar yolu ilə həll etmək lazımdır ki, iqtisadi inkişafa mane olmasın. Bizim Cənubi Qafqaza xüsusi yanaşmamız mövcuddur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bolqarıstanın xarici işlər naziri Qarabağla bağlı bəyanat verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ