Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 09:56
Avqustun 14-də Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanatına reaksiya kimi olaraq tələm-tələsik, hətta az qala Ermənistan XİN-i qabaqlayan açıqlama verib.
Qərbi Azərbaycan İcmasından Sonxeber.net-a bildirilib ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasını "görməyənlər" indi revanşist hisslərlə yaşayan Ermənistana kömək etmək üçün növbəyə düzülüblər və konkret olaraq Aİ missiyası Ermənistanın ruporuna çevrilib.
Qərbi Azərbaycan İcması bildirir ki, Aİ missiyasının patrul apardığı, tez-tez binoklla Azərbaycan tərəfə baxdığı ərazilərin əksəri deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların vaxtilə yaşadıqları və zorla qovulduqları torpaqlardır:
"Aİ-nin İcmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə və prinsiplərə fərqli yanaşma nümayiş etdirməsini göstərir".