Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə edim, ərizə yazım çıxım işdən?'' - Rövşanədən SƏRT SÖZLƏR

''Nə edim, ərizə yazım çıxım işdən?'' - Rövşanədən SƏRT SÖZLƏR

Tarix: 16 Avqust 2023 22:45

"Qadın öz hüquqlarını bilməlidir. Özünü müdafiə etməlidir. Bunun üçün feminist olmaq əsas deyil. Mənim üçün azadlıq vacibdir. Bəzən mentalitetdən bayağı şəkildə asılı olurlar. Bunu qəbul etmirəm. Mental dəyər var. Bu isə mənim üçün şüurum, ağlımdır. Mənim özümə cizdığım sərhədlər var. İnsan düşünür, ağıllıdırsa, nə olar, nə olmaz bilməlidir. İnsan özünə azadlıq yaratmalıdır. İnsana azadlığı vermirlər, onu qazanırsan. Sən azadlığı qazanmısansa, çərçivələrin də var. Azadam deyə, çıxıb küçədə çılpaq gəzməyəcəm, 16-cı mərtəbədə mahnı oxumayacağam".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Mirinin dibçəyi" yutub layihəsində deyib. Aparıcı sosial şəbəkədə yazılan tənqidlərdən danışıb:

"Sosial şəbəkədəkilər "ağ" desək, "qara", "qara" desək "ağ" deyəcəklər. Heç vaxt sosial şəbəkədəki tənqidlərə cavab vermirəm. "Filankəsin qızına bahalı brilyantlar gəldi, mənim qızıma niyə gəlmədi?" deyirlər. Bu, meşşanlıqdır, bundan qurtulmalıyıq. Bəzi bu cür mental çərçivələr bizə meşşanlığı aşılayır. Xınayaxdılar, toyların belə olması budur... Mən də elə olmuşam, o axardan gəlmişəm, Amerikadan yox. Amma yaxşıdır ki, gənclər artıq bundan çıxır".

Rövşanə sosial mövzulu proqramlardan söz açıb:

"Reytinq verir, pul qazanılır. Gəlməsinlər... Alan razı, satan razı. Sən gəlirsən, ağlayırsan, mən də səndən istifadə edirəm. Guya, ailə problemi həll olunacaq. Gülməlidir... Ailə evin içində dağılıbsa, onu mən, kimlərsə həll edə bilməyəcək. Bu, efir üçün hazırlanan şoudur. Bir-birinin xəyanətini tapmış, oğurluq, təhqir etmiş, əcdadını söyən iki şəxs necə bir araya gələ bilər. Gəlir ki, arvadımı axtarıram, tap gətir. Bu gün televiziyalarda budur... Mən də bu işin içindəyəm. Nə edim, ərizə yazım çıxım işdən? Gördülər ki, filankəs gəlib arvadını axtaranda, deyəndə, arvadım qonşunun kişisi ilə qaçıb reytinq verir, hamı etdi. Reytinqdən keyfiyyət gözləməyin. Kanal pul qazanmalıdır. Yoxsa, necə maaş versin?".


Etiketlər:  edim ərizə yazım çıxım işdən Rövşanədən SƏRT SÖZLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ