Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Böyük Britaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib

Tarix: 28 Oktyabr 2019 18:20

Bakı. Trend:

Oktyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson ilə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Trend-ə Agentlikdən məlumat verilib.

Görüşdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da iştirak edib.

Görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsi, qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.

Agentlik sədri Fuad Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görüşü xatırladaraq o zamandan bu günədək Agentliyin fəaliyyətindəki yeniliklərdən və ölkədə turizmin inkişafına verilən töhfələrdən söhbət açıb.

O qeyd edib ki, bu il Azərbaycan 4-6 noyabrda Londonda keçiriləcək Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2019”) daha geniş heyətlə təmsil olunacaq.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 29 304 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 26,79% artım deməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycan və Böyük Britaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib Azərbaycan və Böyük Britaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib


Etiketlər:  Azərbaycan Böyük Britaniya arasında turizm sahəsində əlaqələr müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ