Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ancelina indidən utancaq qızı üçün iş tapdı

Ancelina indidən utancaq qızı üçün iş tapdı

Tarix: 18 Avqust 2023 06:25

Dünyaca məşhur aktrisa Ancelina Coli qızına indidən iş tapıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, 48 yaşlı aktrisa Bred Pittlə evliliyindən dünyaya gələn 15 yaşlı əkizlərindən olan Vivyen Marçelin adlı qızını köməkçi kimi işə götürüb.

Vivyen, Ancelina Colinin baş rolda çəkildiyi "The Outsiders" filminin Brodvey prodüsserliyində anasının köməkçisi kimi çalışacaq.

Ancelina Coli bu mövzuda verdiyi açıqlamada qızı Vivyenin şəxsiyyətinə uyğun olaraq belə bir qərar verdiyini bildirib: "Vivyen diqqət mərkəzində olmağa deyil, yaradıcı insanları dəstəkləməyə fokuslandığı üçün mənə anamı xatırladır".

15 yaşlı qızının teatr sənətinə maraq göstərdiyini bildirən Coli bu istiqamətdə özünü təkmilləşdirmək üçün çox səy göstərdiyini əlavə edib.

Milli.Az


Etiketlər:  Ancelina indidən utancaq qızı üçün tapdı


RƏYLƏR