Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2023 15:00
Ukraynada "hərbi əməliyyat" başa çatdıqdan sonra Quranın yandırıldığı dövlətlərlə "məşğul olmaq" lazım gələcək.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu sözləri Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
"Bu gün bütün müsəlman dünyası görünməmiş bir problemlə üz-üzədir. Qərb ölkələrində Qurani-Kərimin yandırılması istiqamətində davam edən aksiyalar vəziyyəti dönüşü olmayan həddə çatdırır. İslam dövlətlərinin rəhbərlərini oyanmağa və dinimizi istənilən cinayətkar təcavüzdən qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıram. Əks halda, çox gec olacaq", - Çeçenistan rəhbəri bildirib.