Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2023 08:32
"Apple" şirkəti "iPhone"la bağlı rəsmi xəbərdarlıq edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, istifadəçilərə telefonu enerji ilə doldurarkən bədənin üzərinə, yastığın və ya yorğanın altına qoymamaq tövsiyə olunur. Bundan əlavə, şirkət "iPhone"ları üzlüksüz və yaxşı havalandırılan yerlərdə enerji ilə doldurmağa çağırıb.
"Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik cərəyanı vurması, şəxsi xəsarət və ya "iPhone" və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər", - deyə məlumatda qeyd edilir.