Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynanı tükəndirir, biz bacarmırıq - Fesenko

Rusiya Ukraynanı tükəndirir, biz bacarmırıq - Fesenko

Tarix: 19 Avqust 2023 12:16

Hazırda müharibə yeni səviyyəyə çatıb. Ona görə anlamaq lazımdır ki, Ukrayna ərazisində hərbi əməliyyatların gələn il də davam edəcəyi ehtimalı yüksəkdir.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

"Aydındır ki, Putin ən azı ABŞ-da prezident seçkilərinə qədər müharibəni şüurlu şəkildə uzatmaq kursu götürüb. Seçkilər isə 2024-cü ilin noyabrında olacaq. ABŞ-da yeni prezident olarsa, vəzifəsinin icrasına 2025-ci ilin yanvarında başlayacaq. Ona görə də nəzərə alın ki, Rusiyada birdən nəsə baş verməsə, müharibə gələn il boyu davam edəcək. Tükəndirmək müharibəsi çərçivəsində Rusiyanın böyük üstünlüyü olacaq, çünki onlar bizi tükəndirə bilər, amma biz bunu bacarmırıq", - Fesenko bildirib.


Etiketlər:  Rusiya Ukraynanı tükəndirir bacarmırıq Fesenko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ