Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2023 14:32
Əks-hücum başlayandan sonra Ukrayna taktikasını dəyişdi və indi əsas diqqət düşmənin artilleriya, elektron müharibə və PUA-larla sıradan çıxarılmasına yönəlib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Ekonomist" məlumat yayıb.
"Biz artıq ağır itkilərlə bağlı əməliyyatlar planlaşdırmırıq. İndi diqqət düşmənin artilleriya, pilotsuz təyyarələr, elektron müharibə və digər sistemlərinə yönəlib", - nəşrin mənbəsi bildirib.
Qeyd olunur ki, yüzlərlə vədlərə baxmayaraq, Ukrayna cəmi 60 "Leopard" tankı alıb:
"İndi minatəmizləmə üçün maşınların çatışmazlığı var. Digər problem havadan müdafiə sisteminin olmamasıdır ki, bu da Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mina sahələrini və müdafiə xətlərini keçməsini çətinləşdirir. Bu səbəbdən Ukrayna hərbi rəhbərliyi əks-hücum əməliyyatını bacardığı qədər ləngitdi. İyunda əks-hücumun başlanğıcı "fəlakətli" oldu".