Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib - FOTO

Vətən müharibəsi şəhidinin əkiz bacı-qardaşı dünyaya gəlib - FOTO

Tarix: 21 Avqust 2023 22:58

Vətən müharibəsində şəhid olan Musa Məhəmmədovun ailəsindən sevindirici xəbər var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsindən olan Vətən Müharibəsi şəhidi Musa Bəhram oğlu Məhəmmədovun valideynləri Bəhram və Rübabə Məhəmmədovların ailəsində Musa və Alisa adlı əkizlər dünyaya gəlib.

Qeyd edək ki, Musa Məhəmmədov 2020-ci il oktyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənlə təmas xəttində hərbi əməliyyatlar zamanı şəhid olub.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Vətən müharibəsi şəhidinin əkiz bacı qardaşı dünyaya gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ