Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serxio Ramos İstanbul nəhəngində - Razılığa gəlindi

Serxio Ramos İstanbul nəhəngində - Razılığa gəlindi

Tarix: 22 Avqust 2023 14:54

Türkiyənin "Beşiktaş" klubunun rəhbərliyi ispan müdafiəçi Serxio Ramos ilə müqavilə imzalamağa yaxındır.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, informasiyanı jurnalist Santi Una yayıb. 

Xəbərə görə, "qara qartallar" dünya və Avropa çempionu uğrunda mübarizədə "Qalatasaray"ı qabaqlayır. Məşhur futbolçunun "Beşiktaş"a keçməyə yaxın olduğu, Ramosun ətrafının İstanbul klubundan son təklifi gözlədiyi bildirilir. "Son təklif"ə gəlincə, Serxio "ağ-qaralar"ın rəhbərliyindən ildə 10 milyon avro maaş istəyir.

Xatırladaq ki, Ramos PSJ-dən ayrıldıqdan sonra azad agentdir. "Real Madrid"in əfsanəsi Fransanın paytaxtında keçirdiyi iki il ərzində 58 oyun keçirib və altı qol vuraraq iki liqa çempionu olub.

Milli.Az


Etiketlər:  Serxio Ramos İstanbul nəhəngində Razılığa gəlindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ