Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən danışıb

Prezident İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən danışıb

Tarix: 26 Avqust 2023 15:15

İndi biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabrında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev "Laçın Şəhəri Günü" ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı deyib.

Ermənistan dövlətinin hərbi cinayət törədərək vaxtilə Laçında qanunsuz məskunlaşma apardığını xatırladan dövlətimizin başçısı bildirib: "Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdilər. Bir daha demək istəyirəm ki, bu hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi".


Etiketlər:  Prezident İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ