Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların şəkilləri nümayiş olunub - FOTO

Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların şəkilləri nümayiş olunub - FOTO

Tarix: 26 Avqust 2023 17:18

Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların fotolarından ibarət sərgi nümayiş olunub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında paylaşım edib.

"Laçında fotoqraf Reza Deqati tərəfindən hazırlanan "Ev, Şirin Ev" adlı layihə. Babaları və valideynləri Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. Onlar 30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz Vətənlərinə, Laçına qayıdırlar. Həmçinin burada dünyanın müxtəlif guşələrindən olan 100 uşağın fotoşəkilləri də var", - paylaşımda qeyd olunub.

Milli.Az


Etiketlər:  Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların şəkilləri nümayiş olunub FOTO


RƏYLƏR