Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2023 17:15
Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki,sosial şəbəkə hesabında izləyicisindən gələn "Aynişandan yaxın zamanda eşq gözləyək?" sualına bloqerin verdiyi cavab diqqət çəkib.
"Aynişandan bol-bol iş gözləyin. Eşq gözləməklə deyil. Amma iş nə qədər çox çalışıb, istəsən bir o qədər artar. Hər gün işimin olduğuna şükür edirəm", - deyə A. Quliyeva bildirib.
Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ilin fevralın birində fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub. Həmin il dekabrın 7-də isə cütlük rəsmi olaraq boşandıqlarını açıqlamışdı.