Tarix: 4 May 2019 20:48
İspaniya La Liqasında 36-cı turun daha bir oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, "Atletiko" səfərdə "Espanyol"un qonağı olub. Görüş Madrid klubunun 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, Dieqo Simeonenin komandasının cari mövsümdə çempionatda 3 top fərqi ilə uduzduğu ilk qarşılaşmadır.
4 may
"Espanyol" - "Atletiko" - 3:0
Qollar: D.Qodin, 45-avtoqol (1:0), B. İqlesias, 52 (2:0), 89 (3:0)
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 74 xalda qalan "Atletiko" 2-ci pillədəki yerini qoruyub. Xallarının sayını 47-yə çatdıran "Espanyol" 8-ci pilləyə yüksəlib. Artıq çempionluğunu rəsmiləşdirən "Barselona"nın isə 83 xalı var.