Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib

Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib

Tarix: 30 Avqust 2023 13:27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.

Sonxeber.net xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

"Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur.

Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.


Etiketlər:  Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ