Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Verder” və “Saraqosa”nın sabiq futbolçusu “Kəpəz”də

“Verder” və “Saraqosa”nın sabiq futbolçusu “Kəpəz”də

Tarix: 30 Avqust 2023 22:52

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Giorgi Papunaşvilini transfer edib.

Son olaraq ölkəsində "Telavi"nin formasını geyinən 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Gürcüstan millisinin üzvü Tbilisi "Dinamo"sunun yetirməsidir. O, karyerası ərzində Almaniyada "Verder"in, İspaniyada "Rasinq" və "Saraqosa"nın, Serbiyada "Radniçki"nin, Kiprdə "Apollon"un və ölkəsində "Samtrediya" ilə Kutaisi "Torpedo"sunun da formasını geyinib. O, yığma komandada 17 matçda üç qol vurub.


Etiketlər:  Verder Saraqosanın sabiq futbolçusu Kəpəzdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ