Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nura: "Zatən hamı öləcək, rahat olun"

Nura:

Tarix: 31 Avqust 2023 14:40

"Birini sevən insan heç vaxt qüruruna qurban edə bilməz. Qüruruna qurban edirsə, deməli, özünü daha çox sevir. Necə qınayasan belə insanı? Özünü də sevməyin kökü sevgidir. Ümumiyyətlə insanları qınamaq nə qədər doğrudur?"

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşıb. 

"Axı, biz bilmirik kimin həyatı necə olub, uşaqlıqda hansı travmaları yaşayıb. Pis, ya yaxşı insan da yoxdur. Kiməsə görə pis, kiməsə görə yaxşı insan var. Bir insan hamıya pis və ya hamıya yaxşı olmur axı. Bir insanı tanımaq üçün heç kəsdən maraqlanmaq lazım deyil. Çünki insan hamıya eyni olmur. Qarşımızdakı insan içimizdəki şeytanı da oyada bilər, mələyi də. İnsanları qınamaq, ciddiyə almaq vaxt itkisidir. Zatən hər şey bu həyatda müvəqqətidir. Zatən hamı öləcək. Rahat olun" - deyə N.Suri yazıb. 

Milli.Az


Etiketlər:  Nura Zatən hamı öləcək rahat olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ