Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əvvəlki performansımı sərgiləməyə hazıram'' - FOTO

''Əvvəlki performansımı sərgiləməyə hazıram'' - FOTO

Tarix: 1 Sentyabr 2023 18:08

"Zədəm tam sağalıb, hazırlıq dövrü olduqca uğurlu keçib".

Bu sözləri İdman.biz-ə "Qəbələ" futbol klubunun qapıçısı Rəşad Əzizli açıqlamasında deyib. O "Qəbələ"də əvvəlki performansını sərgiləməyə hazır olduğunu bildirib:

"Bildiyiniz kimi ötən mövsümü "Şamaxı"da keçirtdim, gənc Azərbaycanlı futbolçulardan yığılmış komanda idi, buna baxmayaraq gözəl oyun nümayiş etdirdik, dövrələrdə xallar qazandıq. Təəssüf ki, mövsümün son oyunu mənim üçün yaxşı keçmədi, Bayılda baş tutan görüşün 12-ci dəqiqəsində "Səbail"in müdafiəçisi Adil Nağıyevlə ani toqquşma baş verdi, sol qolum çatladı.

Müalicəm yekunlaşana yaxın "Qəbələ"dən təklif gəldi, mən də bu təklifi qəbul etdim. Hazırlıq dövrünün bir hissəsini "Qəbələ"də keçirtdim, çox uğurlu alındı. Düzdür, hələ oyuna çıxmamışam, amma özümü tam hazır hiss edirəm, inanıram ki, əvvəlki performansımı burada sərgiləyə biləcəm. Baş məşqçi Elmar Baxşıyevin qərarına hörmətlə yanaşıram, şans verən kimi fürsətdən maksimum yararlanacam".

Təcrübəli qapıçı "Qəbələ"nin turnir cədvəlində son pillədə olmasından danışıb:

"Mövsüm yeni başlayıb, qarşıda 8 ay var, hər bir komandada bu cür axsamalar olur. Elmar Baxşıyev təcrübəli məşqçidir, illərdir komandaya rəhbərlik edir, inanıram ki, komanda şəklində növbəti oyunda qələbələr qazanacağıq. Hazırda məşqlər yüksək səviyyədə təşkil olunur, futbolçular oyunlara məsuliyyətlə hazırlaşırlar. Cəmi 1 qələbə lazımdır ki, komanda "relsə" düşsün".

Milli.Az


Etiketlər:  Əvvəlki performansımı sərgiləməyə hazıram FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ