Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə getdi

Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə getdi

Tarix: 5 Sentyabr 2023 17:33

5 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ