Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2023 19:50
Amur vilayətində ata yeni doğulan uşağının cəsədini sobada yandırıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Novotroitskoye kəndindən olan və beşinci övladını gözləyən ailə evdə doğuş təşkil etmək qərarına gəlib. Nəticədə, atanın sözlərinə görə, körpə ölü dünyaya gəlib. Anası da sağ qalmayıb. Bundan sonra o, yeni doğulmuş körpənin cəsədini hamam sobasında yandırıb, arvadını isə yorğana bükərək patoloji anatomik şöbəyə aparıb.
Regional İstintaq Komitəsi hadisə ilə bağlı məlumatı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb.
Araşdırma aparılır.