Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

XİN Ukrayna ərazisində keçirilən qondarma “seçkiləri” pisləyən bəyanat yaydı

XİN Ukrayna ərazisində keçirilən qondarma “seçkiləri” pisləyən bəyanat yaydı

Tarix: 9 Sentyabr 2023 16:48

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Milli.Az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma "seçkilərə" dair bəyanatında bildirilib.

"Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in, ümumiyyətlə, heç bir qanuni qüvvəsi yoxdur".

Milli.Az


Etiketlər:  XİN Ukrayna ərazisində keçirilən qondarma seçkiləri pisləyən bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ