Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Microsoft Paint" tətbiqində yenilik

Tarix: 9 Sentyabr 2023 21:08

"Paint" tətbiqinə fotolardakı arxa fonun silinməsi funksiyası əlavə edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, "Microsoft" şirkəti "Paint" tətbiqini faydalı və müasir qrafik redaktora çevirməyi hədəfləyib.

Şirkət "Windows 11"in test versiyalarında "Paint"in yeni versiyasını istifadəyə verib. Yeni versiya öz növbəsində istifadəçilər tərəfindən çoxdan gözlənilən faydalı funksiyanı əldə edib. Söhbət, bu və ya digər fotonun arxa fonunun silinməsi funksiyasından gedir. Bu funksiyadan istifadə etmək üçün "Paint"ə lazımi şəkli yükləmək və tətbiqin sol hissəsində yerləşən alətlər panelindəki xüsusi düyməyə klikləmək lazımdır.

Xüsusi düyməyə klikləyəndən sonra tətbiqin sistemi fotodakı əsas obyekti avtomatik şəkildə təyin edəcək və arxa fonu siləcək. Əgər sistem fotoda əsas obyekti səhv təyin etsə, istifadəçi arxa fonun silmək istədiyi hissəsini fərdi şəkildə seçə biləcək. Sözügedən yeni funksiya hələ test mərhələsindədir və onun stabil "Windows 11" versiyasına nə zaman əlavə ediləcəyi bilinmir. Qeyd etmək lazımdır ki, "Microsoft" şirkəti "Paint" üçün həmçinin süni zəka əsasında fotoların tərtib edilməsi funksiyası üzərində də çalışır.

Milli.Az


Etiketlər:  Microsoft Paint tətbiqində yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ