Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 22:50
Müğənni İradə İbrahimova sosial media hesabında ailəsi ilə olan fotolarını yayımlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı oğlu Əlini doğum günü münasibəti ilə təbrik edib. O, övladının 8 yaşı tamam olduğunu vurğulayıb:
"Ana-ata olmaq təkrar doğulub övladı ilə böyümək deməkmiş. İngilis şairinin "Uşaq insanın atasıdır!" sözləri gəldi ağlıma. İnsanı düzəldən, emal edən, var olmağının təməlidir uşaqlıq. Bəlkə biz onlardan çox yaşadığımız üçün bir az çox bilirik, amma onların həyatı bizdən daha yaxşı bildiklərini düşünürəm. Bütün övladlarımız üçün duam yaxşılarla qarşılaşsınlar ki, içlərindəki yaxşını çoxaltsınlar. Yolları, bəxtləri açıq olsun. Əli, oğlum, səndən də çox şey öyrənirəm. Sizlərə layiq olmaq nəsib olsun".
Qeyd edək ki, İradə Türkiyə vətəndaşı Ceyhun İzerlə ailəlidir. Cütlüyün İpək adlı qızı da var.