Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 22:50
"Bir şarkısın sen"dən tanınan Fındık Kurdu Berna ləqəbli Berna Karagözoğlu indi 23 yaşındadır.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 9 yaşında qatıldığı yarışmada məşhurlaşan və bir çox layihədə yer alan Bernanın yeni görüntüsü yayılıb. Hərəkətləri, danışığı ilə gündəmdən düşməyən 9 yaşlı qız uzun müddət sonra gündəmdən uzalqlaşıb.
Berna hazırda fəaliyyətini yenə də müğənni kimi davam etdirir. Amma o efirlərə çıxmır. Oxuduğu mahnıları yutub kanalına yükləyir. Sevgilisi ilə maraqlı videolar çəkən Berna instaqramda da aktiv istifadəçilər sırasındadır.
Bir kənddə yaşadığını və atasının istəyi ilə uşaq yaşlarında yarışmaya qatıldığını deyən qız "Oxumaq, yazmaq bilmirdim. Atam mahnını öyrədirdi, əzbərləyib səhnəyə çıxrdım. Atam da musiqiçi olduğu üçün mənə dəstək oldu" sözlərini əlavə edib.