Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2023 17:26
Qaradağ rayonunda yataqxana yanır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:
"Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür".