Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmək, məşğulluq, sosial müdafiə sahəsində Əfqanıstanla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək, məşğulluq, sosial müdafiə sahəsində Əfqanıstanla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Tarix: 30 Oktyabr 2019 12:18

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay ilə görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Əfqanıstan dövlət başçılarının qarşılıqlı diqqət və siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramı, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar barədə məlumat verən nazir sosial sahədə əldə edilmiş innovativ yenilikləri qeyd edib. S.Babayev dövlət sosial xidmətlərinin DOST layihəsi əsasında, “bir pəncərə” prinsipi ilə təqdim edilməsi sahəsində Azərbaycanın təcrübəsini diqqətə çatdırıb. O, nazirliyin bu sahədə Əfqanıstanla təcrübə mübadiləsinə hazır olduğunu deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılacaq Əmək Mərkəzindən bəhs edən nazir həmin Mərkəzin İƏT üzvü olan ölkələr, o cümlədən Azərbaycan və Əfqanıstan əlaqələrinin genişlənməsində də öz töhfəsini verəcəyini bildirib.

X.Spelanay ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığının getdikcə inkişaf etməsindən məmnunluğunu ifadə edib, ikitərəfli əməkdaşlığın genişlənməsi üçün onun tərəfindən səylərin göstəriləcəyini deyib.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstək nümayişinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib, bu sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əmək məşğulluq sosial müdafiə sahəsində Əfqanıstanla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ