Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2023 03:30
Kartof və pomidor bəzi mədə-bağırsaq xərçəngi riskini artıran qidalar hesab olunur.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, toksikoloq Mixail Kutuşov orqanizmə neqativ təsir edən 3 tərəvəzi açıqlayıb.
"Əgər insanın mədə-bağırsaq sistemi tam sağlam deyilsə, selikli qişalarında yara, xora, zədələnmə varsa, kartof, pomidor, badımcanın qəbulu vəziyyəti daha da pisləşdirə bilər.
Qastrit və xoralı mədə-bağırsaqda pomidor və kartof xərçəng riskini artırır. Çünki onlar yaxşı həzm olunmayacaq, selikli qişaları qıcıqlandıracaq, bağırsaqda toplanıb iltihaba səbəb olacaq.
Eləcə də bu tərəvəzlərdə solanin adlı toksin var. O maddələr mübadiləsini pozur, böyrək, qaraciyər, sinir sisteminə zərbə vurur.Orqanizmi bu toksinlərdən qorumaq üçün yaşıl rəng, acı dadlı kartofdan, yaxşı yetişməmiş çiy pomidordan, çiy badımcandan uzaq durmaq lazımdır" .