Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 18:03
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Qədirov 8 il, E.Məmmədov isə 7 il azadlıqdan məhrum ediliblər.
"Meqa-Siti Holdinq” MMC-nin payçıları olan Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
Cinayət işində 33 zərərçəkmiş var.
İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasında eyni mənzili bir neçə nəfərə satıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin