Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 18:15
Bakı. Trend:
UNESKO tərəfindən "İpək Yolları Gənclərin Gözü ilə" adlı ikinci fotomüsabiqə elan edilib.
Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, fotomüsabiqə 19 sentyabr 2019-cu il tarixindən etibarən işlərin təqdim edilməsi üçün açıqdır və 6 yanvar 2020-ci ildə başa çatacaq.
Müsabiqədə iştirak etmək üçün UNESKO-nun https://unescosilkroadphotocontest.org/en/participate saytında rəsmi qeydiyyatdan keçmək lazımdır.
Müsabiqədə 14-25 yaş arasında olan gənc qız və oğlanlar iştirak edə bilər və təqdim olunan fotoşəkillər təklif olunan 3 mövzudan birinə uyğun olmalıdır:
• İpək Yollarında qastronomiya və qida istehsalı
• İpək Yollarında ənənəvi idman növləri və oyunlar
• İpək Yollarında musiqi və rəqs
Rəsmi internet səhifəsi: https://unescosilkroadphotocontest.org
Müsabiqə haqqında elan: https://en.unesco.org/news/participate-youth-eyes-silk-roads-photo-contest-2019
UNESKO-nun sosial media paylaşımları:
Instagram:
https://www.instagram.com/p/B2pv7lzCdlM
https://www.instagram.com/p/B2yhvzKiJgP
https://www.instagram.com/p/B3BqGtbi342
Facebook:
https://www.facebook.com/unesco/photos/a.10150253911838390/10157601483743390/?type=3&theater
https://www.facebook.com/unesco/photos/a.10150253911838390/10157614833528390/?type=3&theater
https://www.facebook.com/unesco/photos/a.10150253911838390/10157629187958390/?type=3&theater
Twitter:
https://twitter.com/UNESCO/status/1174579123294892032
https://twitter.com/UNESCO/status/1176361891888807936
https://twitter.com/UNESCO/status/1178188924851752961
Müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərın səyahət sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək və fotoşəkillər peşəkar bir fotoalbomda nəşr olunacaqdır.
2018-ci ilin sərgisi bu vaxta qədər Çin, Oman, Türkmənistan, Əfqanıstan, Rusiya Federasiyası, Azərbaycanda (5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı), Türkiyədə və UNESKO-nun baş qərargahının yerləşdiyi Parisdə nümayiş rilmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin