Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-dan "Qarabağ"da bayram" paylaşımı

UEFA-dan

Tarix: 20 Sentyabr 2023 23:38

Bu gün UEFA Avropa Liqasının İnstaqramdakı rəsmi səhifəsi "Qarabağ"la bağlı diqqətçəkən paylaşım edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, səhifədə "Qarabağ"ın bir neçə futbolçusunun sevinən yerdə çəkilən şəkilləri paylaşılıb. Şəkillər ingilis dilində "fcqarabag celebrations" ("Qarabağ"da bayram) sözləri ilə paylaşılıb.

Qeyd edək ki, bu gün Azərbaycan xalqı üçün tarixi hadisə baş verib. "Qarabağ" Futbol Klubunun adını daşıyan bölgədəki erməni separatçıları məhz bu gün Azərbaycan dövlətinin tələbləri qarşısında təslim olublar. Həmin hadisədən bir neçə saat sonra isə UEFA Avropa Liqası səhifəsi bu paylaşımı edib.

Milli.Az


Etiketlər:  UEFA dan Qarabağda bayram paylaşımı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ