Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 14:48
2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur.
Sonxeber.net bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Gələn il, həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.