Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 19:56
İsveç polisi Malmö şəhərində Quranın yandırılması hadisəsindən sonra baş verən aksiyalarda iştirak etməkdə şübhəli bilinən üç yeniyetməni saxlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Sentyabrın 3-də Malmö şəhərində baş vermiş zorakı aksiyalardan sonra asayişi kobud şəkildə pozmaqda şübhəli bilinərək, 15 yaşdan kiçik üç yeniyetmə saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb", - İsveç polisinin bəyanatında deyilir.
Qeyd olunur ki, saxlanılanlardan biri iki yanğın törətməkdə də şübhəli bilinir.