Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı

Messi karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı

Tarix: 22 Sentyabr 2023 12:22

"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasını başa vurduqdan sonra nə edə biləcəyi haqda danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, karyerasından sonra nə edəcəyini düşünmədiyini deyib:

"Bu barədə düşünmək istəmirəm, çünki etdiyim işdən həzz almağa davam etmək istəyirəm. Avropanı tərk edib bura gələrək böyük bir addım atdım, amma növbəti addımı düşünmək istəmirəm. Əksinə bacardığım qədər bundan həzz almaq istəyirəm, çünki ən çox istədiyim şey oynamaqdır. Sevdiyim işlə məşğul olduğum üçün şanslıyam, bunu etməkdən həzz alıram, məsuliyyətlərim və məqsədlərim olsa da, hələ uşaqlıqdan bu işi sevərək görürəm.

Mən nə edəcəyəm? Bilmirəm, futbolla bağlı hər şeyi xoşlayıram, uşaqlarla birlikdə olmağı, dərs deməyi, idman direktoru olmağı xoşlayıram. Amma haradan başlayacağımı bilmirəm".

Xatırladaq ki, Messi yay transfer pəncərəsində "İnter Mayami"yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Milli.Az


Etiketlər:  Messi karyerasını bitirdikdən sonra edəcəyini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ