Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana qarşı məkrli plan puç oldu - VİDEO

Azərbaycana qarşı məkrli plan puç oldu - VİDEO

Tarix: 23 Sentyabr 2023 14:18

Səlibçi psixologiyası ilə yaşayan Avropa İttifaqı xristiyan təəssubkeşliyi nümayiş etdirirlər.

Avropa İttifaqının 27 üzv dövləti adından Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini pisləyən bəyanat qəbul etmək istəyiblər. Lakin bəyanatın qəbul olunmasına Macarıstan mane olub.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan millət vəkili Sahib Alıyev Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelin Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirməsindən danışarkən qeyd edib ki, bu addım fransızsayağı yanaşmadır.

"Avropa İttifaqından soruşmaq lazımdır ki, sizin ölkələrin ərazisində qeyri-qanuni silahlı birləşmə, terror təşkilatları və oyuncaq rejimlər, strukturlar mövcud olsaydı, siz onlarla necə davranardınız? Əlbəttə, ordu göndərib onları dərhal məhv edərdiniz", - S.Alıyev deyib.

Millət vəkili qeyd edib ki, Avropadaki Fransa kimi bəzi dövlətlər dominantliq  etməyə çalişirlar. Amma Azərbaycanın beynəlxalq normalardan çıxış etdiyini hər kəs bilir. Bunu Avropa İttifaqının  özündə də bilənlər az deyil.

"Cozep Borelin Azərbaycana qarşı ikili yanaşması, açıq qərəzli və ölkəmizə qarşı ittifaq adından bəyanat qəbul olunmasına cəhd etməsi isə ümumiyyətlə qəbulolunmazdır və qəti şəkildə pislənilməlidir, - deyə millət vəkili vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Azərbaycana qarşı məkrli plan puç oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ