Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq

Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq

Tarix: 24 Sentyabr 2023 14:03

20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaqdır.

Milli.Az


Etiketlər:  Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq


RƏYLƏR