Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2023 08:54
Samsunda tək yaşayan və səhhətində problem olduğu üçün özünə baxa bilməyən 57 yaşlı imkansız N.E-nin 8 ildir zibil yığdığı evində təmizlik işləri aparılıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Samsun Böyükşəhər Bələdiyyəsi Sosial Xidmətlər Müdirliyi qrupları İlkadım rayonunda yaşayan N.E-nin evinə gedib və evdə qarşılaşdıqları mənzərə qarşısında şoka düşüblər.
Sosial Xidmətlər Qrupunun N.E ilə müsahibəsindən sonra məlum olub ki, qadın 8 ildir evində zibil yığırmış. Samsun Böyükşəhər Bələdiyyəsi Zabıta Müdirliyi və Ətraf Mühitin Mühafizəsi Müdirliyi qrupları daxil olan xəbərdarlıqdan sonra hərəkətə keçərək əvvəlcə zibil dolu evi tamamilə boşaldıblar. 2 maşın zibil olan ev boşaldıqdan sonra təmizlənərək dezinfeksiya edilib.
N.E isə Ailə Sosial Xidmətlər İl Müdirliyi tərəfindən xüsusi bir qocalar evinə yerləşdirilib.