Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2023 16:39
"Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və digər Aİ rəsmilərinin son bəyanatları göstərir ki, Avropa Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra yaranmış yeni reallığı qəbul edir".
Bunu "Report"a açıqlamasında amerikalı jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.
"Şarl Mişel və digər Aİ rəsmilərinin son bəyanatları göstərir ki, Avropa, ən azı, reallığı qəbul edir və sülhü möhkəmləndirmək üçün hər fürsətdən istifadə edərək irəliləmək niyyətindədir", - Zukerman bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, dünyada bəzilərinin Qarabağdakı vəziyyəti necə qəbul etdiyinə dair suallar qalmaqdadır: "Bəzi ölkələr "Dağlıq Qarabağ" terminini işlətməkdə davam edir. Qarabağda ermənilərin min illik mövcudluğu haqqında erməni nağılına inanırlar və başa düşmək istəmirlər ki, bu, keçmiş sovet ittifaqının əhaliyə nəzarət etməsi üçün xüsusi olaraq yaratdığı hüquqi baxımdan cəfəng termindir".
Ekspert əlavə edib ki, Azərbaycan qanunun aliliyinə və Qarabağdakı ermənilərin dinc yolla reinteqrasiyasına sadiqliyini nümayiş etdirməkdə davam etməlidir.