Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayı ətini satan “ovçu” cəmiyyətə, dövlətə cavab verməli olacaq - Nazir

Ayı ətini satan “ovçu” cəmiyyətə, dövlətə cavab verməli olacaq - Nazir

Tarix: 31 Oktyabr 2019 12:12

Bakı. Elçin Mehdiyev - Trend:

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sosial şəbəkədə ayı ətinin satıması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Trend-in məlumatına görə, nazir deyib ki, ayı ətini satan “ovçu” artıq saxlanılıb və o, cəmiyyətə, dövlətə cavab verməli olacaq.

Nazirin sözlərinə görə, burada ictimaiyyətin də rolu böyükdür: “Bu xəbər sosial şəbəkədə yayılandan sonra ayı ətini satan insan aşkar edildi və saxlanıldı. Cəmiyyət və dövlət birgə çox yaxşı fəaliyyət göstərdi. Biz bu cür məsələlərə hamılıqla yanaşmalıyıq”.

Nazir əlavə edib ki, müxtəlif heyvanların şəxsi evlərdə və ya iaşə obyektlərində saxlanması faktları azalıb: “Artıq ictimaiyyət bu istiqamətdə məlumatlıdır. Kimsə bu cür hala rast gəlirsə, onu ictimailəşdirir və dərhal tədbirlər görülür”.

Qeyd edək ki, dünən Qəbələdə ayı əti satmaq istəyən şəxs saxlanılıb. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ayı ətini satan ovçu cəmiyyətə dövlətə cavab verməli olacaq Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ