Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəsrinlə eşq yaşadığı iddialarına cavab verdi

Nəsrinlə eşq yaşadığı iddialarına cavab verdi

Tarix: 29 Sentyabr 2023 01:00

Türkiyəli aktyor Uraz Kayqılaroğlu şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə haqlarında çıxan eşq iddialarını yalanlayıb.

"Nəsrin mənim ən yaxşı dostumdur. Aramızda eşq yoxdur".

Uraz eks-xanımı Melis İşitenlə yenidən barışması suallarına isə belə reaksiya verib:

"Melis də Nəsrin kimi dostumdur. Onunla övladımız var. Davamlı olaraq əlaqədəyik. Ailəvi vaxt keçirtmək xoşumuza gedir".

Qeyd edək ki, bir müddət əvvəl Nəsrin sosial media hesabında urazla səmimi görüntülərini yayaraq şayiələrin yaranmasına səbəb olmuşdu.

Onlar son olaraq birgə "Üç kuruş" serialında baş rolları ifa ediblər.

Milli.Az


Etiketlər:  Nəsrinlə eşq yaşadığı iddialarına cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ