Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan rus kanallarını bağlayır, KTMT-dən çıxır - Zatulin

İrəvan rus kanallarını bağlayır, KTMT-dən çıxır - Zatulin

Tarix: 1 Oktyabr 2023 11:58

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.

"Ermənistanda Rusiya telekanallarının bağlanması ilə bağlı qərar qəbul edilsə, təəccüblənmərəm. Üstəlik, yaxın gələcəkdə Ermənistanın KTMT-dən çıxmasına cəhd ediləcək və Gümrüdə Rusiya hərbi bazasının fəaliyyətinin dayandırılması məsələsi qaldırılacaq", - rusiyalı deputat bildirib.

Zatulin iddia edib ki, Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsinin müzakirəsi rəsmi İrəvanın regionda Rusiyanın təsirinə qarşı mübarizəsi ilə bağlıdır.

Milli.Az


Etiketlər:  İrəvan rus kanallarını bağlayır KTMT dən çıxır Zatulin


RƏYLƏR