Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2023 02:15
Rusiyalı model İrina Şeyk "Schiaparelli" brendinin şousu zamanı açıq-saçıq geyimdə podiuma çıxıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, müvafiq kadrlar İnstaqramda yayılıb.
Yayımlanan videoda 37 yaşlı model qara taytın üstünə geyindiyi ağ kişi alt şalvarında çıxış edib.
Bundan əlavə, ulduz qızıl qıfıl və zəncir şəklində çoxsaylı dekorativ elementlərlə bəzədilmiş qara iri ölçülü pencək geyinib. Eyni zamanda o, büstqalter taxmayıb.
Həmçinin Şeykin saçları boş və dartılıb, üzünə neytral çalarlarda makiyaj çəkilib. O, görünüşünü ağ, qırmızı və qara rəngli çanta, həmçinin hündürdaban ayaqqabılarla tamamlayıb.