Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2023 22:51
BMT komandası regionda qalan icmaların nümayəndələrindən eşidib ki, Qarabağda 50-1000 arasında etnik erməni qalıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
O, BMT missiyasının yaydığı bəyanatı təkrarlayaraq, BMT nümayəndələrinin regiona bir günlük səfəri zamanı bütün dükanların bağlanmasına baxmayaraq, mülki infrastrukturun, o cümlədən məktəblərin, xəstəxanaların dağıdılması faktlarının aşkar edilmədiyini bildirib.
"Onlar son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı heç bir məlumat eşitməyiblər, nə mal-qara, nə də ev heyvanlarının öldüyünə, kənd təsərrüfatı infrastrukturunun dağıdılmasına rast gəlinməyib", - BMT sözçüsü bildirib.
Düjarrik qeyd edib ki, BMT komandası Qarabağa səfərini başa vurub, lakin regionda vəziyyətin monitorinqi üçün Azərbaycan hökuməti ilə işi davam etdirir.