Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotikə görə oğlunu itirən əməkdar artist: "Ən yaxın dostu..." - VİDEO

Narkotikə görə oğlunu itirən əməkdar artist:

Tarix: 3 Oktyabr 2023 18:15

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlundan danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" proqramında qonaq olan aktrisa övladının narkotikə qurşandığını və onu bu yola dostlarının çəkdiyini bildirib:

"O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. Beş il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi... Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü. Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur: evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım".

Milli.Az


Etiketlər:  Narkotikə görə oğlunu itirən əməkdar artist Ən yaxın dostu VİDEO


RƏYLƏR